Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı xeyli azalıb

Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı xeyli azalıb

Hazırda oxunan: Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı xeyli azalıb
644751
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda rəsmi nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı son illərdə azalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

Statistik göstəricilərə əsasən, 2025-ci ildə rəsmi nikahda olan qadınlar tərəfindən 39 421 qız və 44 828 oğlan olmaqla, ümumilikdə 84 249 uşaq dünyaya gəlib.

Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə bu göstərici qızlar üzrə 66 279, oğlanlar üzrə isə 75 893 olub.
 

2025-ci ildə doğulan qızların 17 594-ü ailənin ilk, 14 132-si ikinci, 6 088-i üçüncü, 1 184-ü dördüncü, 423-ü isə beşinci və daha sonrakı uşağı olub. Oğlanlar arasında isə 19 020-si ilk, 15 304-ü ikinci, 8 223-ü üçüncü, 1 778-i dördüncü, 503-ü isə beşinci və daha sonrakı doğulan uşaqdır.


Statistik məlumatlardan görünür ki, həm qızlar, həm də oğlanlar arasında ilk və ikinci doğuşlar üstünlük təşkil edir. Eyni zamanda, 2015-ci illə müqayisədə 2025-ci ildə rəsmi nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı əhəmiyyətli dərəcədə azalıb.

Nikahı rəsmi qeydə alınmamış qadınlar tərəfindən doğulan uşaqların sayında da son illərdə azalma qeydə alınıb.

Təqdim olunan statistik məlumatlara əsasən, 2025-ci ildə ölkədə rəsmi nikahda olmayan qadınlardan 11 626 uşaq doğulub. Onlardan 5 540-ı qız, 6 086-sı isə oğlan olub.

2024-cü ildə bu kateqoriyaya aid doğulan uşaqların ümumi sayı 13 228 təşkil edib. Beləliklə, 2025-ci ildə əvvəlki illə müqayisədə göstərici 1 602 uşaq və ya təxminən 12.1 faiz azalıb.
 

Statistikaya görə, 2025-ci ildə nikahı qeydə alınmamış qadınlardan doğulan qızların 2 787-si ailədə ilk, 1 586-sı ikinci, 736-sı üçüncü, 258-i dördüncü, 173-ü isə beşinci və daha sonrakı uşaq olub.


Oğlanlar arasında isə 3 023 uşaq ailədə ilk, 1 788-i ikinci, 868-i üçüncü, 247-si dördüncü, 160-ı isə beşinci və daha sonrakı uşaq kimi dünyaya gəlib.

Məlumatlar göstərir ki, nikahı qeydə alınmamış qadınlardan doğulan uşaqlar arasında həm qızların, həm də oğlanların sayında azalma müşahidə olunur. Bununla belə, 2025-ci ildə oğlanların sayı qızlardan 546 nəfər çox olub. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO