Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar ilin sonuna qədər tamamlanacaq

Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar ilin sonuna qədər tamamlanacaq

Hazırda oxunan: Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar ilin sonuna qədər tamamlanacaq
644699
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda ümumi təhsil üzrə yeni standartların hazırlanması istiqamətində işlər aparılır.

Bizim.Media xəbər verir ki, bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiyada Elm və Təhsil İnstitutunun direktor vəzifəsini müvəqqəti icra edən Elnur Əliyev deyib.

O qeyd edib ki, yeni sənədin bu ilin sonuna qədər tamamlanması planlaşdırılır.

Elnur Əliyev bildirib ki, yeni standartlar fərqli yanaşmanı nəzərdə tutur: “Yeni standartlarda elə bir yanaşmaya keçmişik ki, bu, mədəniyyətlərarası dialoqa və rəqəmsal vətəndaşlığa ciddi təsir göstərəcək”.

O vurğulayıb ki, yeni sənəddə səriştələr üzrə əlavə çərçivə nəzərdə tutulur. Onun sözlərinə görə, yeni yanaşma fənlərarası xarakter daşıyır və bütün fənlərin birgə inkişaf etdirəcəyi ümumfənlərarası bacarıqları əhatə edir. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO