Ermənistanda parlamentin keçmiş spikerinin əmlakına həbs qoyuldu

Ermənistanda parlamentin keçmiş spikerinin əmlakına həbs qoyuldu

Hazırda oxunan: Ermənistanda parlamentin keçmiş spikerinin əmlakına həbs qoyuldu
644745
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistan parlamentinin keçmiş spikeri Artur Bağdasaryanın və ailə üzvlərinin daşınar və daşınmaz əmlakına həbs qoyulub.

Bizim.Media xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin Məcburi İcra Xidməti bu barədə məlumat yayıb.

Korrupsiyaya qarşı mübarizə məhkəməsinin qərarı ilə Bağdasaryanın və onunla əlaqəli yeddi şəxsin əmlakı həbs edilib. Siyahıya 8 daşınmaz əmlak obyekti, nəqliyyat vasitələri də daxil olmaqla 1020 daşınar əmlak vahidi, həmçinin 156,5 milyon dram (435 min dollar) daxildir.
 

Bağdasaryanla əlaqəli “FELİNGER” şirkətinə məxsus, Abovyan küçəsində yerləşən mehmanxana və sanatoriya kompleksi, eləcə də “SKYVIEW” şirkətinə məxsus, Heratsi küçəsindəki yarımçıq çoxmənzilli bina mühafizəyə verilib. Hər iki şirkətin sahibinə daşınar və daşınmaz əmlak üzərində sərəncam vermək qadağan edilib.


Daha əvvəl qanunsuz əldə edilmiş əmlakla bağlı iş çərçivəsində Bağdasaryan və ailə üzvlərinin prokurorluğa çağırıldığı bildirilmişdi. Yoxlamanın nəticələrinə əsasən, keçmiş spikerin və ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlakın müsadirə edilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO