Ukraynada hərbçilərə dron satan şəbəkə ifşa olundu: 13 milyon qrivna, 400 min dollar... - FOTO

Ukraynada hərbçilərə dron satan şəbəkə ifşa olundu: 13 milyon qrivna, 400 min dollar... - FOTO

Hazırda oxunan: Ukraynada hərbçilərə dron satan şəbəkə ifşa olundu: 13 milyon qrivna, 400 min dollar... - FOTO
644743
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynada hərbi hissələrdən pilotsuz uçuş aparatlarını oğurlayaraq markasını dəyişdirən və hərbçilərə yeni texnika adı ilə satan şəbəkə ifşa edilib.

Bizim.Media xəbər verir ki, Ukraynanın baş prokurorunun səlahiyyətlərini icra edən Anton Kovalskinin məlumatına görə, iş üzrə 16 nəfər şübhəli bilinir. Axtarışlar zamanı 600-dən çox dron, 13 milyon qrivna, 400 min dollar, qızıl, gümüş, zinət əşyaları və 15 avtomobil müsadirə olunub.
 

İstintaqın məlumatına görə, sxemi keçmiş hərbçi təşkil edib. Oğurlanan dronlar Dnepropetrovsk vilayətindəki emalatxanada hazırlanaraq zavod nömrələri, markalanmaları və QR-kodları dəyişdirildikdən sonra yenidən hərbçilərə satılıb.


Hüquq-mühafizə orqanları doqquz vilayətdə və Kiyevdə 100-dən çox axtarış aparıb, 25 epizod müəyyən edib. Şübhəlilərin hamısı barəsində girov müqabilində azadlığa buraxılmaq imkanı ilə həbs qətimkan tədbiri seçilib.

Ukraynada hərbçilərə dron satan şəbəkə ifşa olundu: 13 milyon qrivna, 400 min dollar... - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO