Pyerluici Kollina: “Azərbaycana hər səfərim mənim üçün xoşdur”

Pyerluici Kollina: “Azərbaycana hər səfərim mənim üçün xoşdur”

Hazırda oxunan: Pyerluici Kollina: “Azərbaycana hər səfərim mənim üçün xoşdur”
644687
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu, möhtəşəm turnirdir. Burada dünyanın müxtəlif ölkələrindən 189 komandanın və çoxlu sayda gənc futbolçunun iştirakı əla təcrübədir. Onların bir çoxu ilk dəfə xarici ölkəyə səfər edir, burada vaxt keçirir, başqa ölkələrdən olan yaşıdları ilə ünsiyyət qururlar. Əminəm ki, bəziləri üçün bu, həyatlarının ən yaddaqalan təcrübələrindən biri olacaq”.

Bizim.Media  xəbər verir ki, bu sözləri Bakının ev sahibliyi etdiyi FIFA U-15 dünya çempionatı ilə bağlı ölkəmizdə səfərdə olan FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina deyib.

O, təşkilatçılığı yüksək qiymətləndirib, Azərbaycan hakimlərinin əməyini xüsusi vurğulayıb:

“Yaradılan şərait də möhtəşəmdir. Cəmi üç ay əvvəl burada düzənlikdən başqa heç nə yox idi, indi isə belə bir idman kompleksi inşa edilib. 
 

Bu, həqiqətən də əladır. Azərbaycanlı hakimlər haqqında da bir neçə söz demək istəyirəm. Onların iştirakı olmadan bu yarışları keçirmək mümkün olmazdı. Hakimlər çox məsuliyyətlə çalışır, əla iş görürlər. 


Gündə iki-üç oyunu idarə edirlər. Bu yarışda gördükləri işə görə AFFA-ya və yerli hakimlərə təşəkkürümü bildirirəm. Azərbaycana dəfələrlə gəlmişəm. Hər səfərim mənim üçün xoşdur, çünki burada baş verən dəyişiklikləri və inkişafı görürəm. Hər dəfə daha yaxşı nəticələrin şahidi oluram”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO