Yaxın qohumların 5 milyonluq dələduzluq ƏMƏLLƏRİ

Yaxın qohumların 5 milyonluq dələduzluq ƏMƏLLƏRİ

Hazırda oxunan: Yaxın qohumların 5 milyonluq dələduzluq ƏMƏLLƏRİ
644766
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda vətəndaşlara qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və kürəkəni olan Sahil Nəhmətovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Günel Səmədovanın sədrliyi ilə keçirilən iclas zərərçəkənlərin dindirilməsi ilə davam edib.

Zərərçəkən K.Q. ona külli miqdarda maddi ziyan dəydiyini deyib:

"Siracı 2014-cü ildən tanıyıram. O, mənzilləri təmir edib satırdı. Mənə 1 milyon 500 manat ziyan vurulub. Bir onu deyə bilirəm ki, oğullarımın və qardaşımın əmlakınlarına Sahil qeyriləri vasitəsilə 358 etibarnamə götürüb, birlikdə mənim mülklərimi dağıdıblar".

Zərərçəkən Q.V. ona dəyən ziyanın 900 min manatdan çox olduğunu bildirib:

"Sahilə 3 bağ evimin və maşının etibarnaməsini vermişəm. Məndən xəbərsiz onları aparıb banka qoyub. Məcbur qalıb təzədən pulu ödəyib evi geri götürdüm. Biz "Həzi Aslanov" metro stansiyası istiqamətində tikinti ilə məşğul olmuşuq. O, evləri təmir edərək, baha satıb ortaq qazanc götürəcəyimizi deyirdi, amma ortada heç bir qazanc görmədim, əksinə ziyana düşdüm".

Zərərçəkən Q.R. ona 755 min ziyan dəydiyini deyib:

"Bunun 530 min manatını nağd vermişəm. Məndən borc aldı. Sonra mənə "Ukrayna dairəsi"ndə mənzil vermişdi. Sonra məlum oldu ki, o ev başqasına satılıb. Sahillə Siraca görə münasibətim olub. Etibarnaməni Sahilə vermişəm. Bu ikisi bütün cinayətlərdə əlbirdirlər. Pul tələbim yoxdur, amma cəzalarını almasını istəyərəm".

Zərərçəkən S.A. Siracı bacısının həyat yoldaşı vasitəsilə tanıdığını bildirib:

"2021-ci ilin fevralında o mənə 40 min manat dəyərində ev verdi, amma sənəd vermədi. Sonra bunu tutdular, evin başqa sahibi çıxdı. İndi həmin şəxs məni məhkəməyə verib evdən çıxmağımı istəyir".

Növbəti proses 9 dekabr saat 10:00-a təyin olunub.

Xatırladaq ki, 2024-cü ilin dekabr ayında Sirac Azad oğlu Səmədov və Sahil Nizami oğlu Nəhmətov özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında M.N.-in etibarından sui-istifadə edib etibarnamə verilməsinə nail olub və onun "BMW 330İ" markalı avtomobilini sataraq pul vəsaitini ələ keçirməklə 60 000 manatını mənimsəyiblər.

Digər zərərçəkənlər Ü.M.-ə 50 000 manat nağd vəsaitini və onun adından mülki etibarnamə alınmasına nail olaraq 300 000 manat dəyərində olan mənzilini ələ keçirməklə ümumilikdə 350 000 manat ziyan vurublar. Eləcə də Bakı sakini H.M-ə məxsus "Range Rover" markalı avtomobili 140 000 manata, N.M.-in eyni markalı avtomobilini 136 min manata satacaqları vədlərini veriblər və avtomobilləri sataraq pulları mənimsəyiblər.

Digər zərərçəkən Q.V.-yə ümumilikdə 330 000 manat ziyan vurublar.

Onlar Ş.T.-yə 160 000 manat dəyərində olan qeyri-yaşayış sahəsini sataraq əldə etdikləri məbləğin üzərinə 40 000 manat da əlavə etdirib, yenidən sərfəli obyektin alqı-satqısı ilə bir daha qazanc əldə edəcəklərini deyiblər. Bu yolla Ş.T.-ni inandıraq həmin məbləği 200 000 manatını mənimsəyiblər.
 

Təqsirləndirilənlər bundan başqa Bakı sakini B.B.-nin etibarından sui-istifadə edərək mənzil və qeyri-yaşayış sahələri alıb təmir etdirdikdən sonra yaxşı qazanc əldə edəcəkləri ilə bağlı yalan vədlər verərək hiss-hissə 1 200 000 manat pul alıb, onun mülkiyyətində olan "Səbət" restoranının 1/2 hissəsini 600 000 manat dəyərləndirməklə B.B-nin mülkiyyətinə keçirib, qalan 600 000 manat pulunu mənimsəyiblər.


Beləliklə təqsirləndirilənlər ümümilikdə vətəndaşlarün 5 milyondan artıq pulunu dələduzluq yolu ilə mənimsəyiblər.

Faktla bağlı cinayət işi başlanaraq, hər iki şəxs məsuliyyətə cəlb olunub. Sahil Nehmət barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilməklə ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) Sirac Səmədov barəsində həbs qətimkan tədbiri seçilməklə ona qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsüsilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO