
- A-
- A
- A+
İrandan Azərbaycana 97 kiloqram marixuananın keçirilməsinin qarşısı alındı - FOTO
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinə cəhdin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, “Cənub-Astara” gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına “təzə kahı” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət iti vasitəsilə yoxlanılıb.
Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilmiş paletlərdən birinə reaksiya verib.
Həmin paletə keçirilən baxış zamanı kahı ilə örtülmüş 90 qablaşdırmada, ümumi xalis çəkisi 97 kiloqram 685 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































