Sadır Japarovdan təklif: Mərkəzi Asiya və Azərbaycan birgə turizm marşrutları yaratsın

Sadır Japarovdan təklif: Mərkəzi Asiya və Azərbaycan birgə turizm marşrutları yaratsın

Hazırda oxunan: Sadır Japarovdan təklif: Mərkəzi Asiya və Azərbaycan birgə turizm marşrutları yaratsın

641079

Qırğızıstan Prezidenti Sadır Japarov Mərkəzi Asiya ölkələri və Azərbaycanın birgə turizm marşrutlarının inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, bunu Japarov Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı zamanı bəyan edib.

Onun sözlərinə görə, marşrutları "bir səyahət - bir neçə ölkə" prinsipi ilə yaratmaq məqsədəuyğundur, həmçinin vahid turizm vizasının tətbiqi mexanizmini işləyib hazırlamaq lazımdır.

S.Japarov qeyd edib ki, ortaq turizm məkanının formalaşdırılması regionun xalqlarının yaxınlaşması üçün əhəmiyyətli imkanlar açır.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri və Azərbaycan bir-birini tamamlayan turizm potensialına malikdir.

"Tarixi şəhərlər, dağ və Xəzəryanı marşrutlar, zəngin mədəni irs Mərkəzi Asiya və Azərbaycanın cəlbedici səyahət istiqaməti kimi tanıdılması üçün səylərin birləşdirilməsinə imkan verir", - Qırğızıstan prezidenti vurğulayıb.

O, həmçinin Qırğızıstanın vahid turizm vizasının tətbiqi təşəbbüsünə bundan sonra da dəstək verilməsinə ümid ifadə edib.

"Xarici siyasət idarələrimizə onun həyata keçirilməsinin konkret mexanizmlərini işləyib hazırlamağı tapşırmağı təklif edirik", - S.Japarov bildirib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO