Hikmət Hacıyev: "Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır" - FOTO

Hikmət Hacıyev: "Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır" - FOTO

Hazırda oxunan: Hikmət Hacıyev: "Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır" - FOTO

621586

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

Bizim.Media xəbər verir ki, H. Hacıyev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və biz əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik", - o bildirib.

H. Hacıyev əlavə edib ki, görüşdə Azərbaycan-NATO münasibətlərinin möhkəmləndirilməsi istiqamətində əldə edilmiş irəliləyiş müzakirə olunub:

"Biz həmçinin Azərbaycan–NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə məzmunlu müzakirələr apardıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi etdik".

 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO