Zəlzələ ilə sarsılan Venesuela Azərbaycana TƏŞƏKKÜR ETDİ

Zəlzələ ilə sarsılan Venesuela Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hazırda oxunan: Zəlzələ ilə sarsılan Venesuela Azərbaycana TƏŞƏKKÜR ETDİ
621578
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Venesuela çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılarla nəticələnən iki güclü zəlzələ ilə əlaqədar göstərdiyi həmrəyliyə və başsağlığına görə Azərbaycana minnətdarlığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Bolivar Respublikasının xarici işlər naziri İvan Xil Pinto "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Venesuela hökuməti xalqımıza ünvanlanmış həmrəylik və başsağlığı mesajına görə Azərbaycan Respublikasına səmimi minnətdarlığını bildirir", - nazir qeyd edib.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib.

ABŞ Geoloji Xidməti (USGS) daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib.

Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib. Son məlumatlara görə, zəlzələ nəticəsində ölənlərin sayı 164-ə, yaralıların sayı isə 971 nəfərə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO