Ana Falu: “Bakı bizi səmimiyyət və güc ruhu ilə qarşıladı”

Ana Falu: “Bakı bizi səmimiyyət və güc ruhu ilə qarşıladı”

Hazırda oxunan: Ana Falu: “Bakı bizi səmimiyyət və güc ruhu ilə qarşıladı”
614819
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanın forum iştirakçılarına göstərdiyi qonaqpərvərliyi yüksək qiymətləndirirəm. Bakı bizi səmimiyyət və güc ruhu ilə qarşıladı”.

Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) bağlanış mərasimində çıxış edən Latın Amerikası Qadınlar və Habitat Şəbəkəsinin həmtəsisçisi, argentinalı memar Ana Falu deyib.
 

O, Azərbaycan hökumətinə, həmçinin forumun təşkilində iştirak edən könüllülərə və bütün tərəfdaşlara minnətdarlığını ifadə edib, onların mehribanlığı və peşəkarlığının tədbirin uğuruna mühüm töhfə verdiyini qeyd edib.


Ana Falu çıxışında qadınların hüquqları sahəsində əldə olunan irəliləyişlərə baxmayaraq, dünyada milyonlarla qadının hələ də müxtəlif formalarda sistemli ayrı-seçkiliklə üzləşdiyini bildirib.

Onun sözlərinə görə, qadınlar irq, etnik mənsubiyyət, yaş, əlillik və yaşadıqları ərazilərdən asılı olaraq çoxsaylı maneələrlə qarşılaşırlar.

O qeyd edib ki, bu problemlər qadınların adekvat mənzil hüququna, şəhər hüququna və yaşadıqları ərazilərin inkişafında iştirak imkanlarına mənfi təsir göstərir.

“Buna görə də qadınların səsini dinləməyə ehtiyac var. Qadınların səsinin eşidilməsi həlledici əhəmiyyət daşıyır”, – Ana Falu əlavə edib.

Latın Amerikalı ekspert vurğulayıb ki, şəhərsalma və mənzil siyasətinin formalaşdırılmasında qadınların iştirakı gücləndirilməli, onların hüquqları dayanıqlı və inklüziv şəhərlərin qurulmasının əsas elementlərindən biri kimi nəzərə alınmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO