“Bu gün biz Şərq ilə Qərbin kəsişməsində bir araya gəlmişik” - VİDEO

“Bu gün biz Şərq ilə Qərbin kəsişməsində bir araya gəlmişik” - VİDEO

Hazırda oxunan: “Bu gün biz Şərq ilə Qərbin kəsişməsində bir araya gəlmişik” - VİDEO
613675
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün biz Şərq ilə Qərbin kəsişməsində, Xəzər dənizinin sahilində bir araya gəlmişik. Ümumdünya Şəhərsalma Forumu çərçivəsində qlobal və çoxtərəfli tərəfdaşlığı gücləndirmək üçün toplanmışıq. Bura bəşəriyyət üçün şəhərsalmanın gələcəyini quracağımız strateji bir məkandır.

Bizim.Media xəbər verir ki, bunu Mexiko şəhərinin hökumət başçısı Klara Bruqada BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən assambleyaların birgə açılış sessiyasında deyib.
 

O bildirib ki, bizim yerli hökumətlər tərəfindən təşviq edilən açıq, inklüziv şəhərlərə və çoxtərəfli əməkdaşlığa ehtiyacımız var.


Bu fəaliyyətlər şəhərlərin sosial-iqtisadi inkişafını və ekoloji transformasiyasını təmin etməlidir.

Klara Bruqada qeyd edib ki, hazırda əsas mesajımız yerli hökumətlərin və bələdiyyələrin rəhbərliyi ilə qlobal bir hərəkət başlatmaq və problemlərə yerli perspektivdən yanaşmaqdır. Böyük şəhərlərin və yerli icmaların maraqlarını maksimum təmsil edərək, praqmatik və təxirəsalınmaz məsələləri, o cümlədən maliyyələşmə problemlərini birlikdə həll etməliyik.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO