Rusiya Azərbaycanı iki əsas iqtisadi foruma DƏVƏT ETDİ

Rusiya Azərbaycanı iki əsas iqtisadi foruma DƏVƏT ETDİ

Hazırda oxunan: Rusiya Azərbaycanı iki əsas iqtisadi foruma DƏVƏT ETDİ

612638

Rusiya Azərbaycan nümayəndə heyətlərinin yaxın aylarda keçiriləcək iri beynəlxalq iqtisadi forumlarda iştirakını gözləyir.

Bizim.Media xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi mayın 12-17-də Kazanda keçiriləcək XVII “Rusiya – İslam dünyası:

KazanForum” Beynəlxalq İqtisadi Forumuna, həmçinin iyunun 3-6-da Sankt-Peterburqda baş tutacaq XXIX Peterburq Beynəlxalq İqtisadi Forumuna dəvət olunub.

Diplomat qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında intensiv təmas qrafiki saxlanılır və yüksək səviyyəli səfərlər üzərində iş davam etdirilir.

Kaluqin xatırladıb ki, aprelin 16-da Zəngilanda iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının 24-cü iclası keçirilib və burada qarşılıqlı fəaliyyətin geniş spektri müzakirə olunub.

O, həmçinin Xəzər dənizi boyunca Azərbaycan ərazisindən keçməklə İrana doğru uzanan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qərb qolunun inkişafını xüsusi qeyd edib.

Kaluqinin sözlərinə görə, bu layihə 21 dekabr 2024-cü ildə imzalanmış saziş çərçivəsində həyata keçirilir və bütün Avrasiya üçün strateji əhəmiyyət daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO