Ombudsman: “Naxçıvana edilmiş dron hücumları qonşuluq prinsiplərinə ziddir”

Ombudsman: “Naxçıvana edilmiş dron hücumları qonşuluq prinsiplərinə ziddir”

Hazırda oxunan: Ombudsman: “Naxçıvana edilmiş dron hücumları qonşuluq prinsiplərinə ziddir”
599929
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu gün İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Beynəlxalq Hava Limanının terminal binasına və Şəkərabad kəndində məktəb binasının yaxınlığına pilotsuz uçuş aparatlarının hücumları həyata keçirilib. Mülki obyektlərin hədəfləndiyi və mülki şəxslərin xəsarət alması ilə nəticələnən bu məqsədli hücumu şiddətlə qınayır və dünya ictimaiyyətini bu terror aktına münasibət bildirməyə çağırırıq”.

Bizim.Media xəbər verir ki, bu barədə İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsmanın bəyanatında bildirilir.

Qeyd olunub ki, mülki əhali və infrastrukturların təhlükəsizliyinə yönəlmiş istənilən hücum beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə Konvensiyalarının normalarının kobud pozuntusudur:

“Bu kimi qəsdlər dövlətlərin ərazi bütövlüyü və suverenliyi, eləcə də qonşuluq prinsiplərinə zidd olmaqla bir daha təkrarlanmamalıdır.
 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq vurğulamaq istərdim ki, mülki şəxslərin həyat və sağlamlığının qorunması bütün dövlətlərin üzərinə düşən fundamental öhdəliklərdəndir.


Baş vermiş hadisənin tez bir zamanda beynəlxalq hüququn tələblərinə uyğun şəkildə hərtərəfli araşdırılması, məsələyə aydınlıq gətirilməsi, təqsirkar şəxslərin cəzalandırılması və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi vacibdir.

Dövlətlərin suveren hüquqlarına hörmət etmək, mülki əhali və obyektlərin qorunması BMT Nizamnaməsinə əsasən hər bir üzv ölkənin əsas vəzifələrindən birirdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO