Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olundu - FOTO

Hazırda oxunan: Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olundu - FOTO
594861
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pakistanda səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, kontr-admiral Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin HDQ komandanı admiral Navid Əşrəf ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə komandanlar hər iki ölkənin HDQ-ləri arasındakı əlaqələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin təcrübə mübadiləsi və hərbi dənizçilərin peşəkarlığının artırılması məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Sonra Pakistanın Federal müdafiə naziri Asif Məhəmmed Xavaca ilə görüşən Ş.Məmmədov Pakistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Pakistan Donammasının Komandanı vitse-admiral Abdul Muniblə görüşdən sonra HDQ komandanı bu ölkədə təhsil alan hərbi qulluqçularımızı ziyarət edib, onların təhsilləri ilə maraqlanıb.

Səfər çərçivəsində Ş.Məmmədov Pakistanın gəmi təmiri müəssisələrində yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, HDQ komandanının qardaş ölkəyə səfəri hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın, hərbi təhsil və hərbi-texniki məsələlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO