Asiya İnkişaf Bankının nümayəndə heyəti İlham Əliyevin qəbulunda - FOTO/VİDEO

Asiya İnkişaf Bankının nümayəndə heyəti İlham Əliyevin qəbulunda - FOTO/VİDEO

Hazırda oxunan: Asiya İnkişaf Bankının nümayəndə heyəti İlham Əliyevin qəbulunda - FOTO/VİDEO
580542
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Asiya İnkişaf Bankının prezidenti Masato Kandanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığa toxunuldu, birgə layihələrin uğurlu icrası qeyd edilib. 

1999-cu ildən indiyədək Asiya İnkişaf Bankı tərəfindən nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələri əhatə edən 145 kredit, qrant, investisiya və texniki yardım layihələri üzrə Azərbaycana 5,5 milyard dollar dəyərində maliyyə dəstəyinin göstərildiyi vurğulanıb.

Asiya İnkişaf Bankının Azərbaycan dövləti ilə yanaşı, özəl sektorla da uğurlu əməkdaşlıq etdiyi qeyd olunub.

Bu xüsusda neft-qaz, elektrik enerjisi, yol, dəmiryolu, kənd təsərrüfatı, su təchizatı, çirkab suların axıdılması və digər istiqamətlərdə icra olunan birgə layihələrə toxunulub.
 

Söhbət zamanı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlərin regionun nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi üçün də böyük imkanlar yaratdığı diqqətə çatdırılıb.


Görüşdə Mərkəzi Asiya-Azərbaycan-Avropa marşrutu üzrə bağlantıların önəmi qeyd edilib. Həmçinin ölkəmizlə bank arasında yeni layihələrə toxunuldu, bu xüsusda dəmiryolu, metro şəbəkəsinin genişləndirilməsi və su təchizatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.



Asiya İnkişaf Bankının nümayəndə heyəti İlham Əliyevin qəbulunda - FOTO/VİDEO - foto 1
Asiya İnkişaf Bankının nümayəndə heyəti İlham Əliyevin qəbulunda - FOTO/VİDEO - foto 2
Asiya İnkişaf Bankının nümayəndə heyəti İlham Əliyevin qəbulunda - FOTO/VİDEO - foto 3
Asiya İnkişaf Bankının nümayəndə heyəti İlham Əliyevin qəbulunda - FOTO/VİDEO - foto 4
Asiya İnkişaf Bankının nümayəndə heyəti İlham Əliyevin qəbulunda - FOTO/VİDEO - foto 5
Asiya İnkişaf Bankının nümayəndə heyəti İlham Əliyevin qəbulunda - FOTO/VİDEO - foto 6
Asiya İnkişaf Bankının nümayəndə heyəti İlham Əliyevin qəbulunda - FOTO/VİDEO - foto 7
Asiya İnkişaf Bankının nümayəndə heyəti İlham Əliyevin qəbulunda - FOTO/VİDEO - foto 8

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO