Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri MÜZAKİRƏ OLUNDU - FOTO

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri MÜZAKİRƏ OLUNDU - FOTO

Hazırda oxunan: Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri MÜZAKİRƏ OLUNDU - FOTO
580287
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bosniya və Herseqovinada rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri Zukan Helez ilə görüşüb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüş zamanı hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
 

Qarşılıqlı səfərlərin və bu cür görüşlərin hərbi əlaqələrin genişlənməsinə, səmərəli təcrübə mübadiləsinin aparılmasına töhfə verdiyi vurğulanıb. Tərəflər, həmçinin hərbi sahədə maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.


Görüşün yekununda iki ölkənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planı imzalanıb, nazirlərin iştirakı ilə mətbuat konfransı keçirilib.

Rəsmi səfər proqramına uyğun olaraq general-polkovnik Z.Həsənov hərbi sənaye zavoduna və digər hərbi təyinatlı obyektə baş çəkib, orada yaradılan şərait və istehsalat avadanlıqları ilə tanış olub.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri MÜZAKİRƏ OLUNDU - FOTO - foto 1
Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri MÜZAKİRƏ OLUNDU - FOTO - foto 2
Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri MÜZAKİRƏ OLUNDU - FOTO - foto 3
Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri MÜZAKİRƏ OLUNDU - FOTO - foto 4
Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri MÜZAKİRƏ OLUNDU - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO