Mehriban Əliyeva və ailə üzvləri Vatikan bağlarında – FOTO/VİDEO

Mehriban Əliyeva və ailə üzvləri Vatikan bağlarında – FOTO/VİDEO

Hazırda oxunan: Mehriban Əliyeva və ailə üzvləri Vatikan bağlarında – FOTO/VİDEO
575895
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə birgə Vatikan bağlarında ağacəkmə mərasimində iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Azərbaycan tərəfinin Müqəddəs Taxt-Taca hədiyyəsi olan və ölkəmizdən gətirilən nar ağacı respublikamızda həyat mənbəyinin, ailə bütövlüyünün, bolluğun və məhsuldarlığın rəmzi kimi qəbul edilir.

Bildirilib ki, bir çox faydalı xüsusiyyətlərə malik olan nar mədəniyyətimizin müxtəlif aspektlərində geniş istifadə olunur.

Tarixi, memarlıq və dini baxımdan böyük əhəmiyyətə malik Vatikan bağlarında əkilən nar ağacı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluğu və əməkdaşlığı təcəssüm etdirəcək.

Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini Azərbaycan tərəfinin bu dəyərli hədiyyəsinə görə Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirərək, onun dövlətlərimiz arasında yüksələn xətlə inkişaf edən dostluğun və əməkdaşlığın vacib bir rəmzini təşkil edəcəyini vurğulayıb.



Mehriban Əliyeva və ailə üzvləri Vatikan bağlarında – FOTO/VİDEO - foto 1
Mehriban Əliyeva və ailə üzvləri Vatikan bağlarında – FOTO/VİDEO - foto 2
Mehriban Əliyeva və ailə üzvləri Vatikan bağlarında – FOTO/VİDEO - foto 3
Mehriban Əliyeva və ailə üzvləri Vatikan bağlarında – FOTO/VİDEO - foto 4
Mehriban Əliyeva və ailə üzvləri Vatikan bağlarında – FOTO/VİDEO - foto 5
Mehriban Əliyeva və ailə üzvləri Vatikan bağlarında – FOTO/VİDEO - foto 6
Mehriban Əliyeva və ailə üzvləri Vatikan bağlarında – FOTO/VİDEO - foto 7

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO