Azərbaycan, Pakistan və Türkiyə parlament sədrləri Pəncabın baş naziri ilə görüşüblər - FOTO

Azərbaycan, Pakistan və Türkiyə parlament sədrləri Pəncabın baş naziri ilə görüşüblər - FOTO

Hazırda oxunan: Azərbaycan, Pakistan və Türkiyə parlament sədrləri Pəncabın baş naziri ilə görüşüblər - FOTO
575321
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 14-də Milli Məclisin sədri Sahibə Qafarova, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Lahor şəhərində Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə ölkələrimiz arasında əlaqələr və parlament əməkdaşlığının genişləndirilməsi müzakirə olunub.

Qeyd edilib ki, xalqlarımızın mədəni, dini və mənəvi yaxınlığı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin əsasını təşkil edir.

Vurğulanıb ki, dövlət başçıları arasında sıx siyasi təmaslar, dostluq münasibətləri bütün sahələrdə əlaqələrin inkişafına böyük təsir göstərir, xalqlarımızı və dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırır.

Söhbət zamanı Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin İslamabadda keçirilən üçtərəfli görüşünün və orada müzakirə olunan məsələlərin əhəmiyyəti qeyd edilib.
 

Bildirilib ki, parlament sədrlərinin bu üçtərəfli əməkdaşlıq mexanizmi, keçirilən görüşlər, qarşılıqlı səfərlər, o cümlədən nüfuzlu beynəlxalq parlament təşkilatlarında deputatlarımızın birgə fəaliyyəti, prinsipial məsələlərdə ortaq mövqe sərgiləməyi ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlament müstəvisində də gücləndirilməsinə xidmət edir.


Görüşdə ikitərəfli və üçtərəfli formatda əməkdaşlığımızın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Azərbaycan, Pakistan və Türkiyə parlament sədrləri Pəncabın baş naziri ilə görüşüblər - FOTO - foto 1
Azərbaycan, Pakistan və Türkiyə parlament sədrləri Pəncabın baş naziri ilə görüşüblər - FOTO - foto 2
Azərbaycan, Pakistan və Türkiyə parlament sədrləri Pəncabın baş naziri ilə görüşüblər - FOTO - foto 3
Azərbaycan, Pakistan və Türkiyə parlament sədrləri Pəncabın baş naziri ilə görüşüblər - FOTO - foto 4
Azərbaycan, Pakistan və Türkiyə parlament sədrləri Pəncabın baş naziri ilə görüşüblər - FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO