“Biz niyə kiminsə maraqlarına uyğun hərəkət etməliyik?” – Prezidentin Ukrayna səfərinin ŞƏRHİ

Hazırda oxunan: “Biz niyə kiminsə maraqlarına uyğun hərəkət etməliyik?” – Prezidentin Ukrayna səfərinin ŞƏRHİ

55554

“Azərbaycan hər zaman sərbəst və balanslı siyasət yürüdüb. Bu səbəbdən də, İlham Əliyevin Ukrayna səfəri fərqli müstəvidən dəyərləndirilməlidir”.

Bu fikirləri Bizim.Media -ya verdiyi müsahibəsində politoloq Cümşüd Nuriyev qeyd edib.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfərini şərh edən eks-deputat bu səfəri vacib edən 4 mühüm detalı sadalayıb:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan nəhəng bazarı olan Ukraynadan necə BƏHRƏLƏNİR? 


1. Azərbaycan və Ukrayna eyni regional təşkilat olan GUAM-a üzvdürlər. Təşkilatın yaradıcıları da məhz bu iki dövlət olub.

2. Azərbaycan-Ukrayna münasibətləri uzun müddətdir ki, müsbət məcrada inkişaf edir. Bu əlaqələr siyasi, iqtisadi, hüquqi və mədəni əməkdaşlığı aid edə bilərik.

3. Azərbaycan diasporunun ən geniş tərkibdə olduğu ölkələrdən biri də Ukraynadır. Təbii ki, rəsmi Bakı bu qədər soydaşımızın yaşadığı dövlətlə münasibətləri yaxşı qurmalıdır.

4. Ən əsası Azərbaycan artıq MDB məkanında əsas aktorlardan biridir.

Cümşüd Nuriyev, fikirlərinin davamında, İlham Əliyevin səfərindəki barışcıl detalları da diqqətə çatdırıb:

“Dünənki ziyarət İlham Əliyevin bu missiya ilə ilk səfəri deyildi. Daha əvvəl də, ölkə başçısı barışdırıcı missiya ilə Ukraynaya səfər etmişdi. Hal-hazırda Ukrayna Qərblə Rusiya arasında siyasi müstəvidə gərginliyin getdiyi bir ərazidir. Azərbaycan da sülhpərvər və ən gərgin vaxtlarda Ukraynanın yanında olan dövlət kimi bu addımı atdı. Bir ay öncə Brüsseldə Zelenski İlham Əliyevi dəvət etmişdi, Prezidentin bu ilin ilk xarici səfərini Ukraynaya etdi. Bu da çox önəmli nüansdır”. 

Politoloq, Rusiya ilə Ukrayna arasında artan gərginlik fonunda, İlham Əliyevin səfərinin Moskva ilə münasibətlərə necə təsir edəcəyini də təhlil edib:

“Siyasəti şahmat taxtasına bənzədərsək, orada hər bir ölkəni bir fiqur kimi görə bilərik. Hal-hazırda Cənubi Qafqazın şah dövləti də Azərbaycandır. MDB məkanında da rəsmi Bakı adi fiqur deyil və onun kifayət qədər gedişi var. 

Bundan əlavə, Azərbaycanın özünün də siyasi maraqları var. Biz niyə kiminsə maraqlarına uyğun hərəkət etməliyik? Ukrayna istər işğal dönəmində, istərsə də müharibə və post-müharibə dövrlərində Azərbaycanın yanında olan tək-tük xristian dövlətlərindən idi.

Bunlara nəzərə alaraq, İlham Əliyevin indiki situasiyada səfərini gerçəkləşdirməsi də düşünülmüş addım idi.

Çünki, həm Rusiya, həm də ABŞ və Avropa İttifaqının danışıqlar apardığı bir vaxtda təbii ki, Azərbaycan yüz ölçüb, bir biçmədən siyasi riskə getməzdi. Dünya liderlərinin kəllə-kəlləyə gəldiyi bir vaxtda Azərbaycan öz siyasi iradəsini ortaya qoydu. 

Rusiyanın xarici siyasətinin kimə müsbət, kimə mənfi təsir göstərməsindən asılı olmayaraq, Azərbaycan bu addımı atrısa, deməli, özünə əmin, özünə arxayın dövlətdir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO