Sabah Türkiyədə 20 şəhərə qar yağacağı gözlənilir – Sarı kodlu xəbərdarlıq edilib

Sabah Türkiyədə 20 şəhərə qar yağacağı gözlənilir – Sarı kodlu xəbərdarlıq edilib

Hazırda oxunan: Sabah Türkiyədə 20 şəhərə qar yağacağı gözlənilir – Sarı kodlu xəbərdarlıq edilib
646539
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə noyabrın 8-də bir sıra bölgələrdə qar yağacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Meteorologiya Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, ölkənin Qara dəniz bölgəsinin qərb və şərq hissələrinin yüksək dağlıq ərazilərində, eləcə də Şərqi Anadolunun yüksək bölgələrində sulu qar və qar yağışı müşahidə olunacaq.

Meteorologiya Baş İdarəsi əlverişsiz hava şəraiti ilə əlaqədar 19 vilayət üçün sarı kodlu xəbərdarlıq yayıb. Xəbərdarlıq edilən ərazilər arasında Artvin, Bitlis, Diyarbəkir, Kastamonu, Muş, Siirt, Van, Batman, Bartın, Düzce, Bingöl, Bolu, Hakkari, Mardin, Rize, Sinop, Zonquldak, Şırnak və Karabük yer alıb.

Proqnoza əsasən, bəzi bölgələrdə yağıntıların intensiv olacağı, güclü küləyin sürətinin isə saatda 70 kilometrə çatacağı gözlənilir.

Güclü yağıntılarla əlaqədar sel, subasma, torpaq sürüşməsi, ildırım, nəqliyyatda problemlər, buzlanma və şaxta təhlükəsi barədə xəbərdarlıq edilib.

Meteorologiya və yerli qurumlar sakinləri əlverişsiz hava şəraitinə qarşı diqqətli və ehtiyatlı olmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO