Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalandı – FOTO/YENİLƏNİB

Hazırda oxunan: Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalandı – FOTO/YENİLƏNİB

55395

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri çərvisəndə iki ölkə arasında 6 hökumətlərarası sənəd imzalanıb.

Bizim.Media xəbər verir ki, ilk olaraq imzalanan sənəd iki ölkə başçıları arasında baş tutub.

Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski Birgə bəyannamə imzalayıblar.

İkinci sənəd Azərbaycanın energetika naziri, Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazov və Ukraynanın Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinin reinteqrasiya məsələləri üzrə naziri, Hökumətlərarası Komissiyanın həmsədri İrina Vüreşyuk Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan Respublikası arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Üçüncü sənəd Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın baş nazirinin müavini, müvəqqəti işğal edilmiş ərazilərinin reinteqrasiya məsələləri üzrə naziri, Hökumətlərarası Komissiyanın həmsədri İrina Vüreşyuk iki ölkənin İqtisadiyyat Nazirlikləri arasında ikitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

Daha sonra Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşenko aqrar sahədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Ukraynanın “Naftoqaz” Milli Səhmdar Şirkətinin İdarə Heyətinin sədri “Naftoqaz” ilə SOCAR arasında enerji təchizatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

Sonuncu sənəd Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidməti vəzifəsini icra edən Sergey Zavatskiy Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və Dövlət torpaq kadastrı sahəsində haqqında Anlaşma Memorandumu imzalayıblar.

*** 16:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski bir çox məsələlər və çağırışlar üzrə iki ölkənin mövqeyini əks etdirən birgə bəyannamə imzalayıblar.

Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, Kiyevdə bir sıra ikitərəfli sənədlərin imzalanması mərasimi olub.

“Biz Ukrayna və Azərbaycan prezidentləri olaraq birgə bəyannamə imzaladıq. Bu sənəd dövlətlərimizin suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə qarşılıqlı dəstək verməyə, hibrid təhdidlərə birgə mübarizə aparmağa hazır olduğunu, Qara dəniz-Xəzər regionunda və onun hüdudlarından kənarda sülh və sabitliyi təmin etmək istəyini bir daha təsdiq edir. Bəyannamənin bu və bir sıra digər müddəaları həm regional, həm də qlobal ölçülərdə olan bir çox məsələlərə, çağırışlara baxışlarımızın birliyinə və yaxınlığına dəlalət edir”, - deyə Zelenski bildirib.

Bundan əlavə, nazirlər səviyyəsində hökumətlər arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında da saziş imzalanıb. 

Tərəflər arasında imzalanan bir digər sənəd isə, ticarət memorandumudur. Memorandum kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında, enerji sahəsində, torpaq münasibətləri, dövlət əhəmiyyətli torpaqların idarə edilməsi və torpaq kadastrı sahəsində əməkdaşlıqla bağlı məsələləri özündə ehtiva edir.

Qeyd edək ki, bu gün Kiyevdə Ukrayna-Azərbaycan prezidentlərinin geniş tərkibdə danışıqları baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO