İlham Əliyev Almaniyanın yeni kanslerini TƏBRİK ETDİ 

Hazırda oxunan: İlham Əliyev Almaniyanın yeni kanslerini TƏBRİK ETDİ 

0:00
0:00
49900

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsa təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, Prezident O. Şoltsu Almaniya Federativ Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlaması münasibətilə   təbrik edərək ən xoş arzularını yetirib.

“Biz Azərbaycan ilə Almaniya arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi əhəmiyyət veririk. Siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlığımız dövlətlərarası münasibətlərimizi səciyyələndirən mühüm amillərdəndir. İnanıram ki, gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək ölkələrimiz arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək”, - məktubda qeyd olunur.

Prezident sonda Olaf Şoltsa cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO