"3+3" formatındakı görüşdə Azərbaycanı Xələf Xələfov təmsil edəcək - Rəsmi Tbilisi “yox” dedi

Hazırda oxunan: "3+3" formatındakı görüşdə Azərbaycanı Xələf Xələfov təmsil edəcək - Rəsmi Tbilisi “yox” dedi
49808
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi Cənubi Qafqazda daimi sülh və sabitliyin yaradılmasına xidmət edən "3+3" formatındakı (Azərbaycan, Ermənistan, İran, Türkiyə, Rusiya və Gürcüstan) regional əməkdaşlıq platformasının ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək. Görüşdə adı çəkilən ölkələri xarici işlər nazirinin müavinləri təmsil edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi 3+3 formatının iclasında iştirakını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, qurumdan verilən məlumata görə, iclasda Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Qeyd edək ki, rəsmi Tbilisi görüşdə iştirakdan imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO