Brüssel görüşündən ciddi siyasi qərar gözləməyə dəyməz - İlqar Vəlizadənin ŞƏRHİ

Brüssel görüşündən ciddi siyasi qərar gözləməyə dəyməz - İlqar Vəlizadənin ŞƏRHİ

Hazırda oxunan: Brüssel görüşündən ciddi siyasi qərar gözləməyə dəyməz - İlqar Vəlizadənin ŞƏRHİ

0:00
0:00
48740

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi və sülh üçün bütün imkanlardan istifadə etməyi Rusiya ilə müzakirə edir”. Bunu Avropa İttifaqının (Aİ) Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT məsələləri üzrə xarici siyasət xidmətinin direktoru Lyuk Devin Avropa Parlamentinin Xarici siyasət komitəsinin iclasında bildirib. 

Bu çıxışla əlaqədar politoloq İlqar Vəlizadə ilə Soçi bəyanatının Brüssel görüşünə necə təsir edəcəyini aydınlaşdırmağa çalışdıq:

MÖVZU İLƏ BAĞLI:

Rusiya prezidenti: “Biz istəyirik ki, Brüssel görüşündən əvvəl nəticə əldə olunsun” - VİDEO


“Açıq etiraf edək ki, hazırda əsas məsələlər üçtərəfli formatda (Azərbaycan-Rusiya-Ermənistan) həll olunur” deyən politoloq əlavə edib ki, ona görə də digər oyunçular bu formatı nəzərə almadan regionda heç bir hərəkət edə, yaxud siyasəti müəyyənləşdirə bilməzlər. 

Bizim.Media ilə eksklüziv dialoqda İlqar Vəlizadə həmçinin bildirib ki, bu səbəbdən də Avropa İttifaqı üçün Rusiya ilə məsləhətləşmələr praktiki əhəmiyyət kəsb edir:

“Ona görə də onlar Brüssel görüşü ilə bağlı gündəmi müəyyənləşdirəndə real prosesləri nəzərə almağa çalışırlar”.

Yəni Soçi görüşü hardasa Avropadakı gündəliyə də təsir edir?

“Hardasa yox, Soçi görüşünün Avropa İttifaqının gündəliyinə birbaşa təsiri var. Bu səbəbdən deyirəm ki, əsas məsələlər Soçi görüşündə, yaxud üçtərəfli formatda - Moskva görüşü (baş nazirlərin müavinləri) planlaşdırılır. Regionla bağlı qərarlar bu görüşlərdə qəbul olunur.

Məsələn, demarkasiya və ya yol-nəqliyyat infrastrukturunun açılması ilə əlaqədar qərarların icra mexanizmlərinin tətbiqi, məhz bu formatlarda müəyyənləşdirilir. Sadalananlar Brüssel, yaxud Minsk Qrupu çərçivələrində həll olunmur. Brüsseldə daha çox humanitar məsələlərin müzakirəsi nəzərdə tutulur. Nümunə kimi, ermənilərin hərbçilər mövzusu, bizdə də əsas tələb mina xəritələrinin verilməsidir. Əgər bu formatda konkret addımlar atılsa, bizim üçün məqbuldur. Amma delimitasiya, yolların açılması ilə bağlı Brüsseldən nəsə gözləmək düzgün olmazdı”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO