Sahibə Qafarova Rusiyaya səfərə getdi

Hazırda oxunan: Sahibə Qafarova Rusiyaya səfərə getdi

47574

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Sankt-Peterburqa işgüzar səfəri başlayıb.

Milli Məclisdən Bizim.Media-ya verilən məlumata görə, spikerin başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasına səfərə gedib.

Sankt-Peterburqun “Pulkovo” Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini MDB PA Şurasının Baş katibi Dmitriy Kobitskiy, ölkəmizin Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov  və digər rəsmi şəxslər qarşılayıblar.

Sabah Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında və MDB PA çərçivəsində keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. 

Spikerin tədbirə qatılacaq nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO