Moderator.az xəbər verir ki, bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin iştirakı ilə Tbilisidə keçirlilən sammitin nəticələrinə münasibət bildirib və bu görüşün istər regionda sülhün, təhlükəsizliyin qorunması, istərsə də regionu təhdid altında saxlayan Putin Rusiyasının imerialist iddialarına müqavimət baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti Rusiyanın separatçı qüvvələrə aktiv dəstəyi ilə Ukraynanın Donetsk və Luqansk əyalətlərində referendum keçirilməsini qətiyyətlə pisləyib və bu faktın ölkə konstitusiyasına və beynəlxalq hüquq normalarına zidd olduğunu diqqətə çatdırıb. Partiya yetkililəri bu referendumun Rusiyanın təhriki ilə keçirildiyini qeyd edib və dünya dövlətlərini Krımdan sonra Şərqi Ukraynanın ilhaq və işğalına hesablanmış bu addımların qarşısını almağa, Rusiyanın işğalçı siyasəti davam etdikcə adı çəkilən ölkəyə qarşı iqtisadi, siyasi sanksiyalar tətbiq etməyə və Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması üçün lazım olan səyləri göstərməyə çağırıb.
İdarə Heyəti Rusiya prezidenti V.Putinin 9 mayla əlaqədar verdiyi bəyanata da münasibət bildirib. Rusiya prezidentinin rusların bütün dünyanı alman faşizmindən xilas etməsi haqqında səsləndirdiyi fikrin kökündən yanlış olduğunu qeyd edən partiya İH üzvləri, Hitler Almaniyası üzərindəki qələbənin təkcə Rus xalqının adına yazılmasını tarixin saxtalaşdırılması, tarixi ədalətsizlik kimi dəyərləndirib və 2-ci dünya müharibəsindəki qələbənin əldə olunmasında bütün Sovet xalqlarının,o cümlədən Azərbaycan xalqının, habelə müttəfiqlərin mühüm rol oynadığını xüsusi olaraq qeyd edib. İclasda həmçinin qeyd olunub ki, 9 may 1945-ci ildə dünya xalqları faşizmin bir qanadı olan nasional sosializmdən xilas olsa da, digər qanad olan proletar sosializmdən uzun müddət əziyyət çəkib. Rusiyanın V.Putinin rəhbərliyi ilə davam edən indiki siyasəti də onu bir daha təsdiq edir ki, Sovetlər birliyi dağılsa da bu dövlət müxtəlif bəhanələrlə ətraf ölkələrin xalqlarını zorakılıqla əsarətində saxlamağa və onlara hökm etməyə can atır.
İdarə heyəti Fransa prezidenti F.Ollandın Azərbaycana səfəri zamanı müzakirə olunan məslələrə münasibət bildirib və görüşün iki ölkə arasında qarşılıqlı iqtisadi, siyasi, mədəni əməkdaşlaığa töhfə olması ilə yanaşı bundan sonrakı dövrdə Minsk qrupunun həmsədr ölkəsi olaraq Fransanın Dağlıq Qarabağ probleminin həllində daha ədalətli mövqe tutmasına ümid etdiyini diqqətə çatdırıb.
İdarə Heyəti ABŞ-ın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı təklif etdiyi yeni variantın heç də Azərbaycanın mili maraqlarını tam təmin etmədiyini bildirib və bu layihədə işğalçı dövlətə üstünlüklər verilməsini istər işğalçı dövlət barədə BMT-nin ümumi qətnaməsinə, istərsə də BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal azad olunması ilə bağlı məlum dörd qətnamənin tələblərinə zidd olduğunu diqqətə çatdırlıb və ABŞ rəsmilərini Rusiyanın Krıma müdaxiləsində göstərdiyi təpkini Qrabağa münasibətdə də tətbiq etməyə çağırıb. Qeyd olunub ki, Putinin Krıma səfəri hansı qaydada Ukraynanın müstəqilliyinə zidd addımdırsa Sarksiyanın da Azərbaycan ərazisi olan Qrabağa səfər etməsi ölkəmizin müstəqqilliyinə və beynəlxalq hüquq normalarına o qədər ziddir və gərəkən odur ki, Qərb dövlətləri, o çümlədən ABŞ bu cür yanaşmalardsa ikili standarlardan əl çəksin.
İdarə Heyəti 9 may günü bir qrup gəncin paytaxtın ayrı-ayrı yerlərində “georgiyev lenti” paylamasını ciddi narahatlıqla qarşılayıb və Rusiya səfirliyinin aktiv iştirakı ilə keçirilən bu kompaniyanı qətiyyətlə pisləyib. Partiya yetkililəri ölkə vətəndaşlarının bu kampaniyada məhdud iştirak etməsini müsbət dəyərləndirib, bunu ölkəmizdə istiqlal məfkurəsinin oturuşması və Rusiya təhlükəsinin hamı tərəfindən eyni qaydada qəbul edilməsi kimi dəyərləndirib, həmçinin hüquq mühafizə orqanlarını bu təhlükəli tendensiyanın çarçıları barədə lazımı tədbirlər görməyə çağırıb.
İdarə Heyəti Gül bayramı ilə bağlı Xətai rayonu ərazisində keçirilən tədbirdə bir çox nazir və millət vəkilinin gözü qarşısında çoxmərtəbəli binada asılan Azərbaycan bayrağında yaşıl rəngin önə çəkilməsi faktından ciddi narahat olduğunu bildirib və bu faktı adıçəkilən rayonun icra başçısı da daxil olmaqla hakimiyyət görəvlilərinin dövlət atributuna qarşı sayğısızlığı və məsuliyyətsiszliyi kimi dəyərləndirib.





































































































