ABŞ–İran müharibəsi fonunda Səudiyyə Ərəbistanı İraqda İrana bağlı silahlı qruplara qarşı hava zərbələri həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Səudiyyə qırıcıları krallığın İraqla sərhədinə yaxın ərazilərdə yerləşən hədəfləri vurub. Hədəflərin İranın dəstəklədiyi silahlı qruplara aid olduğu bildirilir.
Bəzi zərbələr ABŞ-İran arasında elan edilən atəşkəs dövründə də həyata keçirilib və bu obyektlərin Səudiyyə və digər Körfəz ölkələrinə qarşı dron və raket hücumlarının planlaşdırıldığı yerlər olduğu qeyd olunur.
Qeyd edək ki, daha öncə mediada Səudiyyə Ərəbistanı və BƏƏ-nin gizli şəkildə İrana qarşı zərbələr endirdiyi bildirilmişdi.
Bizim.Media

































































































