Sosial şəbəkələrdəki “cərimələrin ödənilməsi” reklamları ilə bağlı XƏBƏRDARLIQ

Sosial şəbəkələrdəki “cərimələrin ödənilməsi” reklamları ilə bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Sosial şəbəkələrdəki “cərimələrin ödənilməsi” reklamları ilə bağlı XƏBƏRDARLIQ
613145
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son dövrlər sosial şəbəkələrdə "cərimələrin ödənilməsi", "cəriməyə endirim", "borcun bağlanılması" və oxşar məzmunlarla reklam edilən bəzi internet səhifələrinin fişinq məqsədilə istifadəsi müşahidə olunur.

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.

Bildirilib ki, aparılan monitorinqlər zamanı ayrı-ayrı saxta internet resurslarının rəsmi dövlət platformalarını təqlid edərək istifadəçilərin bank kartı məlumatlarını və digər fərdi məlumatlarını ələ keçirməyə cəhd edildiyi müəyyənləşib.
 

ETX vətəndaşlara sosial şəbəkələrdə yayılan şübhəli reklamlara etibar etməməyi, naməlum keçidlər vasitəsilə ödəniş əməliyyatları aparmamağı, kart məlumatlarını, CVV/CVC və təsdiq kodlarını üçüncü şəxslərlə paylaşmamağı, ödənişləri yalnız rəsmi və dövlət informasiya sistemləri üzərindən həyata keçirməyi, daxil olduqları internet səhifələrinin domen ünvanlarını diqqətlə yoxlamağı tövsiyə edir.


Vətəndaşlara kiberdələduzluq halları ilə qarşılaşdıqda aidiyyəti qurumlara məlumat vermək məsləhət görülür.

Sosial şəbəkələrdəki “cərimələrin ödənilməsi” reklamları ilə bağlı XƏBƏRDARLIQ - foto 1
Sosial şəbəkələrdəki “cərimələrin ödənilməsi” reklamları ilə bağlı XƏBƏRDARLIQ - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO