Dünyanı qorxuya salan hantavirus bu şəkildə YAYILIR – Daha bir XƏBƏRDARLIQ

Dünyanı qorxuya salan hantavirus bu şəkildə YAYILIR – Daha bir XƏBƏRDARLIQ

Hazırda oxunan: Dünyanı qorxuya salan hantavirus bu şəkildə YAYILIR – Daha bir XƏBƏRDARLIQ

612927

Son günlər dünyada hantavirus yenidən diqqət mərkəzindədir. Buna səbəb isə MV Hondius gəmisində qeydə alınan yoluxma hallarıdır. Gəmiricilər vasitəsilə yayılan bu təhlükəli virus insanların sağlamlığı üçün ciddi risk yaradır.
 

Mütəxəssislər bildirirlər ki, xüsusilə qapalı məkanlarda və gigiyena qaydalarının zəif olduğu yerlərdə virusun yayılma ehtimalı artır. Hantavirus yüksək hərarət, halsızlıq və ağır tənəffüs problemləri ilə özünü göstərə bilər və bəzi hallarda ölümcül nəticələrə səbəb olur.


Son günlər Azərbaycanda da bu virusun yayılma ehtimalı ciddi narahatlıq doğurur. Müvafiq qurumlar isə ölkəmizdə sözügedən virusun yayılmadığına dair məlumat yayıblar.

Mövzu barədə Bizim.Media-ya danışan həkim Rasif Bağırov deyib ki, hantavirus çoxdan tibbə məlum olan virusdur:

“Bu, əsasən, heyvandan insana keçir. Yəni siçovullar və bu tipli heyvanlardan insana keçir. Bu xəstəliyin insandan insana keçmə variantı yoxdur. Bu virusa yoluxmuş heyvanların ifrazatları açıq hava şəraitində qalıb quruyur, sonra toz halına keçir, insan da onunla nəfəs alanda yoluxma mümkündür.
 

Xəstəlik çox ağır keçir, 35-40 faiz hallarda xəstələrdə ölüm halları müşahidə oluna bilir. Ağciyər kapilyarlarının parçalanması və yaxud bəzi hallarda böyrəklərin pozulmasına səbəb olur. Yəni burada insanın immun sistemi səhhətindən asılı olaraq ağır olur. Bu, pandemiyaya səbəb ola biləcək qədər təhlükəli olmayacaq. Ona görə ki, adətən pandemiya insandan insana ötürülən xəstəliklər zamanı yaranır.


Təkrar qeyd edirəm ki, bu virus insandan insana keçmir. Bütün dünyanı da həmin infeksiyaya yoluxmuş siçan və siçovullar basmır. Ona görə də tək-tək hallarda xəstələr meydana çıxa və müalicə oluna bilərlər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO