
- A-
- A
- A+
ATƏT-in rəhbər postuna yeni təyinatlar var
ATƏT-in rəhbər postlarına yeni təyinatlar təsdiqlənib.
Bizim.Media-nın xəbərinə görə, ATƏT-ə üzv dövlətlər uzun müddətdir təşkilatın boş qalan rəhbər vəzifələrinə təyinatlarla bağlı razılığa gələ biliblər.
ATƏT-in Baş katibi vəzifəsini alman diplomat Helqa Şmid icra edəcək. O, Avropa İttifaqının (Aİ) xarici siyasət ofisində eyni vəzifəni tutur.
İtaliyalı Matteo Mecacci ATƏT-in seçki və insan haqları üzrə ofisinin direktoru olacaq.
Maria Tereza Ribeyro ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi, Kayrat Abdrahmanov isə ATƏT-in milli azlıqlar üzrə ali komissarı seçilib.
Xatırladaq ki, üzv dövlətlər bu il ATƏT-in Baş katibi vəzifəsi də daxil olmaqla dörd əsas rolda üç illik heyət müddətini yeniləməyə razılaşa bilməmişdilər. Buna görə də həmin vəzifələr iyul ayından bəri boş idi.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































