Azərbaycan və Türkiyə parlamentariləri Ankarada bir araya gəliblər

Hazırda oxunan: Azərbaycan və Türkiyə parlamentariləri Ankarada bir araya gəliblər

42209

Ankarada Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım və qrupun digər üzvləri arasında görüş keçirilib.

Bizim.Media xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində keçirilən görüşdə iki qardaş ölkənin parlamentləri arasında əlaqələrin inkişaf perspektivləri, regional məsələlər, gündəlikdə olan digər aktual məsələlər müzakirə olunub.

Keçirilən görüşün Azərbaycanın müstəqilliyinin bərpası gününə təsadüf etməsi xoş sözlərlə ifadə olunub.

Səməd Seyidov bildirib ki, Azərbaycan xalqı da hər zaman olduğu kimi bundan sonra da Türkiyə xalqının yanında olmağa davam edəcək.
 

Qeyd edək ki, deputatlardan Sevinc Fətəliyeva, Tural Gəncəliyev və Sahib Alıyevin də daxil olduqları Azərbaycan parlament heyəti Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak edəcək.


Komitələrin birgə toplantısında regional və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsi, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrin inkişafı və digər məsələlər müzakirə olunacaq. Tədbirin sonunda mətbuat konfransı keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO