Ermənistan üçün soyuq duş

Ermənistan üçün soyuq duş

Hazırda oxunan: Ermənistan üçün soyuq duş

32140


Rusiya dövlət başçısının Azərbaycana səfəri hələ də Ermənistanda ekspertlərin, politoloqların və kütləvi informasiya vasitələrinin icmalçılarının diqqət mərkəzindədir. 
Onların əksəriyyəti bu fikirdədirlər ki, Moskva ilə Bakı arasında münasibətlər yazılanlar qədər soyuq deyil. Həmçinin Ermənistan və bəzi Azərbaycan mətbuatında yayılan Vladimir Putinin Bakıya səfərini İlham Əliyevə prezident seçkisi öncəsi dəstəklə bağlayan fikirlər öz təsdiqini tapmayıb. Politoloqlar hesab edirlər ki, Azərbaycanın dövlət başçısının ölkə prezidenti postuna namizəd kimi ciddi rəqibləri olmadığına görə onun xarici dəstəyə ehtiyacı yoxdur. Burada vurğulanır ki, ciddi mentaliteti olan sərt Qafqazda Vatslav Qavel variantı keçməz. 
Eyni zamanda şərhçilər Putinin Bakıya səfərini Ermənistan üçün olduqca faydalı hesab edirlər. O, Rusiyanın Cənubi Qafqazda siyasi və iqtisadi sferalarda öz mövqeyini möhkəmləndirmək üçün bütün mümkün imkanlardan istifadə edəcəyini nümayiş etdirdi. Bundan əlavə, erməni qəzetləri Putinin Azərbaycana gəlişini Ermənistanı cəzalandırmaq, Avropa İttifaqına can atan bu bədbəxt ölkənin bütün iqtisadiyyatını şimal qonşusunun nəzarəti altında saxlamaq təşəbbüsü kimi qiymətləndirilər. 
Qəzetlər Putinin Bakıya səfərini müxtəlif cür şərh və izah edirlər. Lakin onlar bir şeydə yekdildirlər: Rusiya dövlət başçısının Azərbaycanın paytaxtına səfəri Ermənistan rəhbərliyi üçün soyuq duş idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO