Koray Tarqay: “Heç kim deməsin ki, səsim başqasına getdi”

Koray Tarqay: “Heç kim deməsin ki, səsim başqasına getdi”

Hazırda oxunan: Koray Tarqay: “Heç kim deməsin ki, səsim başqasına getdi”

31333

 

Dünən Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının (DSK) sədrləri üçün Bakıda başlayan ənənəvi bir həftəlik seçki hüququ üzrə ixtisaslaşmış kursların açılışında ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay çıxış edib. Moderator.az-ın xəbərinə görə, Koray Tarqay deyib ki, Türkiyə əsillidir və birlikdə bütün dünyaya Azərbaycanda seçkilərin ədalətli və demokratik keçirildiyini nümayiş etdirməliyik.

 

Koray Tarqay bildirib ki, prezident İlham Əliyevin 2006-cı və 2011-ci il sərəncamları Azərbaycanla demokratik və azad seçkilərin keçirilməsi üçün lazımi zəmini yaradıb: “Azərbaycanın qoşulduğu beynəlxalq  sənədlərdə azad və demokratik seçkilərin keçirilməsi əksini tapıb. 

 

Bundan öncəki seçkilərdə müsbət irəliləyişlər qeydə alınıb. Bu, asan proses deyil, tək qanunlarla mümkün deyil. İndiyə qədər görülən işləri müsbət qarşılamalıyıq, ciddi irəliləyişlər var. Amma bunlar yetərli deyil, seçkilər təcrübədir, Azərbaycanda bundan əvvəlki seçkilərdə atılan adımların nəticəsində gələcəkdə daha yaxşı seçkilərin keçirilməsi üçün təcrübə toplanıb”. Koray Tarqay onu da qeyd edib ki,  beynəlxalq təşkilatların seçkiləri qiymətləndirməsi vacibdir, ancaq ən əsas Azərbaycan xalqının seçkilərdən razı qalmasıdır: “ATƏT olaraq bizim vəzifəmiz seçki hazırlıqlarına yardımçı olmaq, əməkdaşlıq etməkdir. İnşallah, bu addımları birlikdə atacağıq. MSK və Prezident Administrasiyası ilə birgə həyata keçirəcəyimiz proqramlar var.

Xüsusən gənclərin və xanımların seçkilərə cəlb etməyə çalışacağıq. Azərbaycanın müxtəlif bölgələrində bununla bağlı tədbirlər keçirəcəyik. Amma DSK və məntəqə seçki komissiyalarının birbaşa vəzifəsi təklikdə seçicilərin razı qalmasını təmin etməkdir. Kimsə deməsin ki, mən səs verə bilmədim, yaxud səsim başqasına getdi. Başqa ölkələrdəki seçkilərin yaxşı təcrübələrindən istifadə etmək lazımdır”.

Koray Tarqay nəzərə çatdırıb ki, seçki məsələsi ilə bağlı Azərbaycandakı xarici ölkə diplomatları  koordinasiya şəklində çalışırlar.

MSK sədri Məzahir Pənahov da öz növbəsində seçki siyahıları ilə məsələyə cavab olaraq bildirib ki, mütləq əksəriyyət ölkələrdə seçici özü seçici siyahısına düşməlidir: “Əgər həmin ölkələrdə müəyyən olunmuş vaxtda seçici siyahısına düşməsə, istər gedib Prezident Administrasiyasının qarşısında aksiya keçirsin, siyahıya düşə bilməz.

Ancaq Azərbaycanda vəziyyət fərqlidir. Seçki siyahısı davamlı dürüstləşdirilir. Seçki Məcəlləsinə görə, seçici şəxsiyyət vəsiqəsini seçki günü təqdim edirsə, ərazidə yaşayırsa, adı əlavə seçki siyahısına salına və səs verə bilər. Bu günə qədər bu məsələ ilə bağlı hər hansı şikayət daxil olmayıb. Mən beynəlxalq təşkilatların nümayəndələrinə deyirəm ki, Azərbaycanda seçici siyahısı bir çox Avropa ölkələrindən fərqlənir. Ona görə də seçici siyahısı məsələsini dramatikləşdirmək yersizdir”.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO