Mirziyoyevdən Azərbaycan və Türkmənistana Xəzərdəki yataqlarla bağlı TƏKLİF

Mirziyoyevdən Azərbaycan və Türkmənistana Xəzərdəki yataqlarla bağlı TƏKLİF

Hazırda oxunan: Mirziyoyevdən Azərbaycan və Türkmənistana Xəzərdəki yataqlarla bağlı TƏKLİF
266526
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Özbəkistan Azərbaycan və Türkmənistana Xəzər şelfində geoloji kəşfiyyat və yataqların mənimsənilməsi sahəsində əməkdaşlıq perspektivlərini araşdırmağı təklif edib.

Bizim.Media xəbər verir ki, bu təkliflə Özbəkistan lideri Şavkat Mirziyoyev avqustun 22-də Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə keçirilən yüksək səviyyəli üçtərəfli görüşdə çıxış edib.

Bundan əlavə, Ş.Mirziyoyev Özbəkistanın Xəzər dənizi vasitəsilə yüklərin daşınması üçün öz bərə daşıma güclərini yaratmaqda maraqlı olduğunu bildirib.
 

"Enerji təhlükəsizliyini təmin etmək məqsədilə əməkdaşlığın dərinləşdirilməsi və enerji resurslarının üçüncü ölkələrə ixracı üçün dəhlizlərin inkişafının zəruriliyi qeyd edilib. Bu baxımdan Avropaya "yaşıl enerji" tədarükünün təşkili layihəsi perspektivli adlandırılıb.


Ənənəvi karbohidrogenlər hissəsində, Xəzər şelfində geoloji kəşfiyyat və yataqların mənimsənilməsi sahəsində əməkdaşlıq perspektivlərinin öyrənilməsi təklif edilib", - Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO