Ağ Evin sözçüsü Azərbaycanın ABŞ-dakı səfirinin müsahibəsini paylaşdı - FOTO

Ağ Evin sözçüsü Azərbaycanın ABŞ-dakı səfirinin müsahibəsini paylaşdı - FOTO

Hazırda oxunan: Ağ Evin sözçüsü Azərbaycanın ABŞ-dakı səfirinin müsahibəsini paylaşdı - FOTO
266029
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağ Evin sözçüsü Karolin Leavit özünün “X” hesabında Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin “Washington Examiner”-ə verdiyi müsahibəni paylaşıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, Xəzər İbrahim “Azərbaycan səfiri Azərbaycan-Ermənistan arasında tarixi razılaşmadan sonra Trampı “əsl sülhməramlı” kimi qiymətləndirib” başlığı ilə yayımlanan müsahibəsində Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının paraflanmasında Tramp Administrasiyasının rolunun vacibliyini vurğulayıb.

Diplomatın sözlərinə görə, Trampın prezidentliyinin ikinci dövrünün başladığı gündən bəri Bakı arxayın idi ki, ABŞ lideri Qafqazda müsbət irəliləyişlər əldə edəcək.

Qeyd edək ki, Vaşinqtonda avqustun 8-də Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə iki ölkə arasında sülh razılaşmasını paraflayıblar.
 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO