Elməddin Mehdiyev BMT-də yüksək vəzifəyə TƏYİN OLUNDU – FOTO

Elməddin Mehdiyev BMT-də yüksək vəzifəyə TƏYİN OLUNDU – FOTO

Hazırda oxunan: Elməddin Mehdiyev BMT-də yüksək vəzifəyə TƏYİN OLUNDU – FOTO
265416
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin  (AIDA) direktoru Elməddin Mehdiyev BMT-də yüksək vəzifəyə təyin olunub.

Bizim.Media xəbər verir ki, Elməddin Mehdiyev bu barədə “X” hesabında məlumat verib. 

“BMT Baş katibi tərəfindən BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (UNCERF) Məsləhət Qrupuna üzv təyin edilməyim mənim üçün böyük şərəfdir.

Azərbaycan hökumətinə namizədliyimə göstərdiyi etimad və dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. BMT-nin baş katibi Antonio Quterreş tərəfindən ölkəmi bu önəmli platformada təmsil etmək üçün təyin edilməyim mənim üçün xüsusi əhəmiyyət kəsb edir.

CERF-in dünyada humanitar yardımların vaxtında və səmərəli təmin olunması missiyasına töhfə verməyi səbirsizliklə gözləyirəm”, - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Elməddin Mehdiyev Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktorudur.

Elməddin Mehdiyev BMT-də yüksək vəzifəyə TƏYİN OLUNDU – FOTO - foto 1

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO