Tramp: “İlham Əliyevlə fəxr edirəm” - FOTO

Tramp: “İlham Əliyevlə fəxr edirəm” - FOTO

Hazırda oxunan: Tramp: “İlham Əliyevlə fəxr edirəm” - FOTO
264016
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib. Bir çox liderlər indiyədək müharibəni bitirməyə çalışdılar, lakin uğur əldə edə bilmədilər. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə işləyir”, - deyə Tramp qeyd edib.

O, sabah Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla birlikdə Ağ evdə sülhə dair sənədin imzalanma mərasimi olacağını vurğulayıb.

Tramp bildirib ki, Birləşmiş Ştatlar, həmçinin Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq. “Mən böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün iş gördüklərinə görə bu cəsarətli liderlərlə çox fəxr edirəm. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq”, - deyə o vurğulayıb.

Tramp: “İlham Əliyevlə fəxr edirəm” - FOTO - foto 1


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO