İlqar Məmmədov Mehman Əliyev QALMAQALI - “REAL-ın adına rast gələndə onu titrəmə tutur”

Hazırda oxunan: İlqar Məmmədov Mehman Əliyev QALMAQALI - “REAL-ın adına rast gələndə onu titrəmə tutur”

26075

“Turan İnformasiya Agentliyi ölkəmiz üçün xeyli faydalı işlər görsə də, REAL partiyasının adına rast gələndə, onun xəbərlərinə elə bil elektroşok cihazı ilə təsir edirlər, onu titrəmə tutur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri REAL Partiyasının sədri İlqar Məmmədov “Facebook” hesabında qeyd edib.

Onun sözlərinə görə hələ 2019-cu ilin mayında Avropa Məhkəməsinin Böyük Palatası işi ilə bağlı qərar qəbul edəndə Turan Agentliyi bu qərarın mahiyyətini tamamilə təhrif etmişdi:

“Onu sıradan, elə də ciddi əhəmiyyət daşımayan bir qərar kimi təqdim etmişdi. Şəxsi kanalla qərəzə etirazımı bildirəndə, mənə dedilər ki, bayram günləri olduğundan işdə adam azdı, qərar haqqında xəbəri şəxsən Mehman Əliyev özü hazırlayıb. O isə ingilis dilini və hüququ çox da yaxşı bilmədiyi üçün mətnə baxıb avtomatik təcrüməçi ilə ortaya bir şey çıxarmağa çalışıb.

Nəticə etibarı ilə, Azərbaycan ictimaiyyəti o vaxt çaşdırılmışdı və qərarın tarixi əhəmiyyəti haqqında təsəvvür qazana bilməmişdi.

Yalnız vaxt keçdikcə, başqa-başqa ölkələrdə və daxili mediada gedən yazılarda buna tarixi qərar deyildikcə, ictimaiyyətdə həqiqət tədricən açılmağa başladı”.
 

MÖVZU İLƏ BAĞLI:

Seçkilərdə Koçaryan qalib gəlsə... - İlqar Məmmədov nədən narahatdır? 


İlqar Məmmədov Mehman Əliyevin dünən AŞPA Hüquq Komitəsinin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatına qəbul edilən əlavə sənədlə bağlı da reaksiyasına münasibət bildirib:

Sənəddə, başqa qeydlərlə yanaşı, deyilir:

"Yalnız istisnalar, İlqar Məmmədov və Rəsul Cəfərova verilən hökmlərin bağışlanılmaz dərəcədə GEC ləğv edilməsidir".

Turan Agentliyinin bu haqda yaydığı xəbərdə bu dəfə möcüzəli şəkildə "GEC" sözü itib.

Nəticədə, xəbər yenə insanları çaşdırır, REAL haqqında ictimai təsəvvürləri hakimiyyətin öz əlaltıları vasitəsilə yaydığı "bizə satıldılar" hekayəsinə tərəf yönəltməyə xidmət edir.

Turan Agentliyi bir çox başqa məsələlərdəki dəyərli fəaliyyəti ilə yığdığı avtoritetini REAL partiyasını gözdən salmaqdan ötrü bundan sonra da xərcləyəcəksə, heç...”, deyə İlqar Mmmədov əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO