Sahil Tahirli: “Möhtərəm Prezidentimizin sadiq əsgəri olmağın qürurunu yaşayacağam”

Sahil Tahirli: “Möhtərəm Prezidentimizin sadiq əsgəri olmağın qürurunu yaşayacağam”

Hazırda oxunan: Sahil Tahirli: “Möhtərəm Prezidentimizin sadiq əsgəri olmağın qürurunu yaşayacağam”
254414
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Naxçıvan MR Televiziya və Radio Verilişləri” QSC-nin sədri Sahil Tahirli tutduğu vəzifədən azad edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı S. Tahirli özünün “Facebook” hesabında məlumat yayıb.

“Əziz dostlar, dəyərli həmkarlar! Bu gün öz xahişim əsasında 13 ilə yaxındır rəhbərlik etdiyim Naxçıvan televiziyasından ayrıldım. Bu illər ərzində zəhmətkeş, çalışqan, vətənə, dövlətə sədaqətlə xidmət edən kollektivimizlə bir çox uğurlara imza atdıq, yüzlərlə gənc kadr yetişdirdik, kanalın peyk yayımına başlamasına nail olduq.

Bundan sonra da harda çalışmağımdan asılı olmayaraq dövlətimizə, cəmiyyətimizə, mediamıza sədaqətlə xidmət edəcək, Möhtərəm Prezidentimizin sadiq əsgəri olmağın qürurunu yaşayacağam! Doğma kanalın hər bir üzvünə birgə addımladığımız çətin və kəşməkəşli yollardakı fədakarlıqlarına görə dərin təşəkkür edir, daha böyük uğurlar arzulayıram! Yaxşı ki, varsınız..”, - Sahil Tahirli qeyd edib.

Qeyd edək ki, Sahil Tahirli bu vəzifəyə 2013-cü ildə təyin olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO