“PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialı istifadəyə verildi – FOTO/VİDEO

“PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialı istifadəyə verildi – FOTO/VİDEO

Hazırda oxunan: “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialı istifadəyə verildi – FOTO/VİDEO
251501
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, “Laçın Aqro-Sənaye Parkı”nda işə başlayan müəssisələrdən biri də “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialıdır. Ümumi dəyəri 367,9 min manat olan müəssisədə əsasən Laçın sakinləri olmaqla 15 nəfər işlə təmin ediləcək. Müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Müasir avadanlıqlarla təchiz olunmuş fabrikdə idman və klassik üslubda ayaqqabılar istehsal ediləcək.

Müəssisə daxili bazarda satış həyata keçirməklə yanaşı, istehsal etdiyi məhsulları Avropa ölkələrinə ixrac etməyi də planlaşdırır.

“Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulub. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq.

Regionda yeni iş yerlərinin yaradılması, infrastrukturun bərpası və sahibkarlıq fəaliyyətinə dəstək iqtisadi fəallığın canlanmasına səbəb olur. “Laçın Aqro-Sənaye Parkı” bu xüsusda olduqca mühüm rol oynayır.




“PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialı istifadəyə verildi – FOTO/VİDEO - foto 1
“PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialı istifadəyə verildi – FOTO/VİDEO - foto 2
“PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialı istifadəyə verildi – FOTO/VİDEO - foto 3
“PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialı istifadəyə verildi – FOTO/VİDEO - foto 4
“PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialı istifadəyə verildi – FOTO/VİDEO - foto 5
“PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialı istifadəyə verildi – FOTO/VİDEO - foto 6
“PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialı istifadəyə verildi – FOTO/VİDEO - foto 7

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO