Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO/VİDEO/YENİLƏNİB

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO/VİDEO/YENİLƏNİB

Hazırda oxunan: Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO/VİDEO/YENİLƏNİB
248601
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli dövlət başçısına və birinci xanıma burada yaradılan şərait barədə məlumat verib.

Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.

Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var.

Mərkəzdə 14 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb.

Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib.

Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.

Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir.

Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb.

Sonra dövlətimizin başçısı tədbirdə çıxış edib.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışına həsr olunan konsert proqramına baxıblar.


Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO/VİDEO/YENİLƏNİB - foto 1
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO/VİDEO/YENİLƏNİB - foto 2
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO/VİDEO/YENİLƏNİB - foto 3
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO/VİDEO/YENİLƏNİB - foto 4
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO/VİDEO/YENİLƏNİB - foto 5
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO/VİDEO/YENİLƏNİB - foto 6
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO/VİDEO/YENİLƏNİB - foto 7
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO/VİDEO/YENİLƏNİB - foto 8
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO/VİDEO/YENİLƏNİB - foto 9
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO/VİDEO/YENİLƏNİB - foto 10
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO/VİDEO/YENİLƏNİB - foto 11
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO/VİDEO/YENİLƏNİB - foto 12
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO/VİDEO/YENİLƏNİB - foto 13
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO/VİDEO/YENİLƏNİB - foto 14
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında - FOTO/VİDEO/YENİLƏNİB - foto 15
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO