Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO

Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO

Hazırda oxunan: Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO
247411
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva ailə üzvləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində Naxçıvanın zəngin tarixi-mədəni irsi, unikal memarlıq abidələri, sosial-tibbi reabilitasiya müəssisələri və təbii gözəllikləri ilə yaxından tanışlıq olub.
 

Səfər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsinin önünə gül dəstəsinin qoyulması ilə başlayıb. Ardınca onlar Heydər Əliyev Muzeyini ziyarət edərək dahi şəxsiyyətin həyat yolunu, siyasi irsini və dövlətçilik fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanış olublar.


Daha sonra Naxçıvanın memarlıq incilərindən olan Möminə Xatun türbəsi və Naxçıvan Xan Sarayı ziyarət edilib, “Əcəmi” seyrəngahında yerləşən açıq səma altındakı muzeyin eksponatlarına baxış keçirilib, xanlıqlar dövrünə aid zəngin maddi-mədəni irs nümunələri ilə tanışlıq olub.

Proqram çərçivəsində Leyla Əliyeva, Arzu Əliyeva və ailə üzvləri Naxçıvan şəhərində sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən Naxçıvan Uşaq Bərpa Mərkəzinə baş çəkiblər. Onlar burada mərkəzin müxtəlif bölmələri ilə tanış olaraq tibbi reabilitasiya və uşaqlara göstərilən xidmətlərlə yerində maraqlanıblar.

Leyla Əliyeva tərəfindən Uşaq Bərpa Mərkəzinə ayaq və əl reabilitasiyası üçün müxtəlif avadanlıqlar, o cümlədən “Robotic” reabilitasiya əlcəkləri, həmçinin miostimulyasiya və infraqırmızı terapiya cihazları hədiyyə olunub.

Günün sonunda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Tağıyev:Neft” bədii filminin təqdimat mərasimi olub.

Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Neft” filmi dahi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filminin birinci hissəsidir.

Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 1
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 2
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 3
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 4
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 5
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 6
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 7
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 8
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 9
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 10
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 11
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 12
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 13
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 14
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 15
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 16
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 17
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 18
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 19
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 20
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 21
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvanda – FOTO - foto 22


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO