
- A-
- A
- A+
Siyasət
16:52 / 02.05.2025
1 dəq oxunma
Mərdəkandakı Pir Həsən ziyarətgahının təmirinə 550 min manat ayrıldı – SƏRƏNCAM
Hazırda oxunan: Mərdəkandakı Pir Həsən ziyarətgahının təmirinə 550 min manat ayrıldı – SƏRƏNCAM
247276
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işləri həyata keçiriləcək.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bu işlər üçün vəsait ayrılması məqsədilə mayın 2-də Sərəncam imzalayıb.
Sərəncama əsasən, ziyarətgahda təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 550 min manat vəsait ayrılıb.
Həmin məbləğdə maliyyələşmənin təmin edilməsi Maliyyə Nazirliyinə və bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli isə Nazirlər Kabinetinə tapşırılıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən



































































































