Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə "Tərlan-2025" PUA təlimi keçiriləcək - FOTO

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə "Tərlan-2025" PUA təlimi keçiriləcək - FOTO

Hazırda oxunan: Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə "Tərlan-2025" PUA təlimi keçiriləcək - FOTO
246924
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) "N" hərbi hissəsində Qazaxıstanın Silahlı Qüvvələrinin Pilotsuz Uçuş Aparatlarının (PUA) Tətbiqi və İnkişaf Departamentinin nümayəndə heyətinin iştirakı ilə "Tərlan-2025" birgə PUA təliminin planlaşdırma konfransı keçirilib.

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir iştirakçılarına cari ilin iyul ayında Bakıda keçirilməsi nəzərdə tutulan "Tərlan-2025" birgə PUA təliminin məqsəd və tapşırıqlarını özündə əks etdirən brifinq təqdim olunub.
 

Qeyd olunub ki, keçiriləcək birgə təlimdə əsas diqqət PUA-lardan istifadə olunmaqla əməliyyatların planlaşdırılması, icra və qiymətləndirmə bacarıqlarının inkişaf etdirilməsi, müxtəlif ölkələrin bölmələri arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi və PUA əleyhinə müdafiənin gücləndirilməsinə yönəldiləcək.


Daha sonra Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçiriləcək birgə təlimə dair bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO