Kişinyovda Bakıya qarşı TƏXRİBAT: Rəsmən üzr istənildi – FOTO

Kişinyovda Bakıya qarşı TƏXRİBAT: Rəsmən üzr istənildi – FOTO

Hazırda oxunan: Kişinyovda Bakıya qarşı TƏXRİBAT: Rəsmən üzr istənildi – FOTO
238944
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Moldovanın Kişinyov şəhərində təşkil edilən “Gələcək üçün sinerjilərin təminatı” elmi-praktiki konfransının ilk günündə təşkil edilən 5-ci paneldə özünü qondorma “Dağlıq Qarabağ”ın sakini kimi təqdim edən erməni qızın çıxışı zamanı Azərbaycanla bağlı təhrif olunmuş və qərəzli fikirlər səsləndirildi. Təəssüf ki, təşkilatçılar tədbirin məqsədlərinə tam zidd olan belə çıxışa imkan yaratdılar. Mən çıxışa etiraz edərək erməni təmsilçisinin çıxışının dərhal dayandırılmasını tələb etdim”.

Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, erməni qızın qərəzli çıxışı Azərbaycan nümayəndə heyətinin digər üvlərinin də narazılığı ilə qarşılanıb:

“Çıxışıma imkan yaradılmadığı üçün ayağa qalxaraq fikirlərimi bildirmək məcburiyyətində qaldım. Bildirdim ki, “Dağlıq Qarabağ” adlı yer yoxdur, Azərbaycanın Qarabağ iqtisadi rayonu var: “Şüarı dialoq olan beynəlxalq tədbirdə separatizm meyilləri təqdim oluna bilməz. Tədbirdə qərəzli siyasi bəyanat səsləndirməkdənsə, Qərbi Azərbaycanı zorla tərk etmiş 300 min azərbaycanlının hüquqlarıdan danışmaq və regionda sülhü dəstəkləmək lazımdır. Qərəzli yanaşmalarla Qafqazda sülhə nail olmaq olmaz”.
 

Prezident yanında Beynəlxalq Münasibətlər Mərkəzinin əməkdaşı Şahmar Hacıyev, Dövlət Su Ehtiyatları Agentliyini şöbə müdiri Rafiq Verdiyev, İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli və Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə də qərəzli çıxışa etirazlarını bildirdilər.


İsrarlı təkiddən sonra erməni nümayəndənin çıxışı dayandırıldı və ona çıxışını davam etdirməyə imkan verilmədi. Təşkilatçıların nümayəndəsi baş verənlərə görə Azərbaycan nümayəndə heyətindən üzr istədi.

Qeyd edək ki, “Gələcək üçün sinerjilərin təminatı” elmi-praktiki konfransında Azərbaycan, Ermənistan, Moldova, Ukrayna və Avropa Birliyinin nümayəndələri iştirak edirlər”.

Kişinyovda Bakıya qarşı TƏXRİBAT: Rəsmən üzr istənildi – FOTO - foto 1
Kişinyovda Bakıya qarşı TƏXRİBAT: Rəsmən üzr istənildi – FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO