Şimali Makedoniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO

Şimali Makedoniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO

Hazırda oxunan: Şimali Makedoniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO
238724
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın martın 11-də Bakıda rəsmi qarşılanma mərasimi olub.

Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Şimali Makedoniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanı qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Şimali Makedoniya Prezidentinə raport verib.

Şimali Makedoniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.


Şimali Makedoniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO - foto 1
Şimali Makedoniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO - foto 2
Şimali Makedoniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO - foto 3
Şimali Makedoniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO - foto 4
Şimali Makedoniya Prezidentinin rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO