Hikmət Hacıyev Britaniyada Vernon Kokerlə görüşdü - FOTO

Hikmət Hacıyev Britaniyada Vernon Kokerlə görüşdü - FOTO

Hazırda oxunan: Hikmət Hacıyev Britaniyada Vernon Kokerlə görüşdü - FOTO
238693
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın Müdafiə Nazirliyində dövlət naziri Vernon Kokerlə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov sosial şəbəkədə bildirib.

“Birləşmiş Krallığın Müdafiə Nazirliyində Azərbaycan Prezidentinin köməkçisini səmimi qəbul etdiyiniz üçün təşəkkür edirik, cənab nazir!”, – diplomat yazıb.

Qeyd edək ki, Böyük Britaniyanın Müdafiə Nazirliyində dövlət naziri ölkənin müdafiə siyasətinin müəyyən aspektləri üçün məsul olan yüksəkprofilli siyasi vəzifəli şəxsdir. O, Müdafiə Nazirliyinin tərkibində işləyir və müdafiə nazirinə dövlət strategiyalarının həyata keçirilməsində, habelə təhlükəsizlik və müdafiə sahəsində əsas qərarların qəbul edilməsində yardımçı olur.

Xatırladaq ki, daha əvvəl Hikmət Hacıyev krallığın bir sıra yüksəkvəzifəli rəsmi şəxsləri ilə görüşmüş, Azərbaycan – Britaniya ikitərəfli əməkdaşlığının dərinləşdirilməsini müzakirə etmişdi.

Hikmət Hacıyev Britaniyada Vernon Kokerlə görüşdü - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO