Maliyyə Nazirliyinin aparat rəhbəri DƏYİŞDİ

Maliyyə Nazirliyinin aparat rəhbəri DƏYİŞDİ

Hazırda oxunan: Maliyyə Nazirliyinin aparat rəhbəri DƏYİŞDİ
238646
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Maliyyə Nazirliyinin aparat rəhbəri Cavanşir Yusifov vəzifəsindən azad edilib.

Bizim.Media nazirliyə istinadən xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni əmr imzalayıb.

Nazirin digər əmrinə əsasən, bu vəzifə Natiq Həsənova həvalə olunub.

O, 1979-cu ildə anadan olub, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib, Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb.

N.Həsənov 2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində məsləhətçisi, 2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri, 2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri, 2018-ci ildən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.

"C.Yusifovun dövlət qulluğuna pensiya yaşında olması ilə əlaqədar öz arzusu ilə xitam verilib", - deyə məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO