
- A-
- A
- A+
“Ermənistan BMT, ATƏT, Avropa Şurasında qınanılmalıdır” - Britaniyalı professor
Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır.
Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Taras Kuzio Trend-ə bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanın beynəlxalq cinayətləri və dünyanın ikili yanaşması
Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avropa Şurası və ATƏT-in parlament assambleyalarında qaldırılmalı və Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi pislənilməlidir.
Taras Kuzio deyib:
"Ermənistan, az qala otuz ildir işğal etdiyi ərazilərin minalardan təmizlənməsi məsələsinə məsuliyyətli yanaşsa və əməkdaşlıq etsəydi, Azərbaycan jurnalistlərinin faciəli ölümündən qaçınmaq olardı".
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































